Misli Premyer Liqasında 27-ci tura bu gün start veriləcək. Sport24.az-ın məlumatına görə, cari turda yeddi futbolçu cəza səbəbindən komandalarına kömək edə bilməyəcək.
"Qarabağ"ın üzvü Dani Bolt, "Kəpəz"dən Dioqo Verdaska, "İmişli"dən Dioqo Almeyda, "Turan Tovuz"dan Alexandro Serrano, "Şamaxı"nın futbolçuları Karim Rossi və Diqolo Balau, həmçinin "Araz-Naxçıvan"ın üzvü Urfan Abbasov bu turu kənardan izləyəcək.
Siyahıdakı oyunçuların hamısı komandalarının əsas üzvləridir.
Bundan başqa, Ayxan Abbasov da cəza səbəbindən "Şamaxı"nın oyununda texniki zonada yer ala bilməyəcək.
Qeyd edək ki, bu gün start götürən 27-ci turun oyunları aprelin 12-də başa çatacaq.