Rumın məşqçi Mirça Luçesku bu gün Buxarestin Bellu qəbiristanlığında dəfn olunacaq. Sport24.az xəbər verir ki, bu barədə "Digi24" məlumat yayıb.
Mənbənin sözlərinə görə, dəfn mərasimi Müqəddəs Eleftherios kilsəsində keçiriləcək və tədbirdə məhdud sayda insan iştirak edəcək.
Buxarestin cənub hissəsindəki Bellu qəbiristanlığı 1858-ci ildə təsis edilib. Burada Rumıniyanın inkişafına töhfə vermiş məşhur insanlar dəfn olunur.
qeyd edək ki, Luçesku aprelin 7-də 81 yaşında vəfat etdi. Onun son iş yeri Rumıniya millisi olub. Rumıniyalı mütəxəssis karyerası ərzində Rusiyanın "Zenit", İtaliyanın "Pisa", "Breşiya", "Reggina" və "İnter", Türkiyənin "Qalatasaray" və "Beşiktaş", Ukraynanın "Dinamo" və "Şaxtyor" komandalarını çalışdırıb. O, 38 kubokla ən çox mükafat qazanan üçüncü futbol məşqçisidir.