Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda bəlli olub. Sport24.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Lənkəran" "Gəncə"ni qəbul edib.
Oyun Qərb təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ilk oyunda da "Gəncə" rəqibini 91:55 hesabı ilə üstələmişdi.
Xatırladaq ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.