Bu gün Azərbaycan Basketbol Liqasının (ABL) pley-in mərhələsinin ikinci oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk matçı Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da başlayacaq.
Bölgənin eyniadlı təmsilçisi "Gəncə"ni qəbul edəcək. Komandalar arasında ilk görüşdə "Gəncə" rəqibindən üstün olub - 91:55.
Günün ikinci qarşılaşması isə Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. "Sumqayıt" NTD ilə üz-üzə gələcək. Oyunun start fiti saat 19:00-da səslənəcək. İlk görüş paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 121:107.
Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" pley-off mərhələsinə vəsiqə qazanıb.