Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn sonuncu komanda da bəlli olub. Sport24.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Sumqayıt" NTD-ni qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma NTD-nin 95:88 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında ilk görüşdə də NTD rəqibini 121:107 hesabı ilə məğlub etmişdi.
Xatırladaq ki, daha əvvəl "Naxçıvan", "Şəki" və "Gəncə" kollektivləri də Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.
Pley-off raundunda "Sabah" – "Naxçıvan", "Abşeron Lions" – "Şəki", "Neftçi" – NTD və "Ordu" – "Gəncə" matçları keçiriləcək.