Rumıniya millisinin keçmiş baş məşqçisi Mirça Luçesku 80 yaşında vəfat edib. Sport24.az bildirir ki, bu barədə rumıniyalı jurnalist Emanuel Roşu məlumat verib.
"Faciəvi xəbər. Mirça Luçesku 15 dəqiqə əvvəl vəfat etdi.
O, geridə bütün bir kainatı qoyub getdi. Tanrı o dünyasını versin. İki həftədən az bir müddət əvvəl, xəstəliyinə baxmayaraq, Rumıniya milli komandasını Türkiyəyə qarşı dünya çempionatı seçmə mərhələsinin pley-off matçına çıxarıb", - Roşu yazıb.