"Arsenal"ın və Uels millisinin əfsanəvi yarımmüdafiəçisi Aaron Remzi peşəkar karyerasını bitirib. Sport24.az xəbər verir ki, Remzi sosial media hesabında paylaşım edərək, yaşıl meydanlarla vidalaşdığını bildirib.
O, karyerasına başladığı "Kardiff Siti" klubunda çıxış edirdi.