Məşhur uelsli yarımmüdafiəçisi Aaron Remzi karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun son klubu Meksika "Pumas"ı olub və o, ötən ilin noyabrında ordan ayrılmazdan əvvəl cəmi 6 oyun keçirib və bir qol vurub.
Remzi ən böyük populyarlığını "Arsenal"da oynayarkən qazanıb. O, "topçular"ın heyətində bütün turnirlərdə 369 oyun keçirib, 64 qol vurub və 60 məhsuldar ötürmə edib. Remzi Arsenal ilə üç dəfə FA Kubokunu və iki dəfə klubun mövsümün oyunçusu seçilib (2013/14 və 2017/18).
"Arsenal"dan başqa, Remzi həmçinin "Yuventus"da da oynayıb (70 oyun, altı qol və altı məhsuldar ötürmə), onunla birlikdə A Seriyasını çempionu olmaqla yanaşı, İtaliya Kubokunu və Super Kubokunu qazanıb. Uelsli futbolçu həmçinin "Reyncers", "Nitsa" və "Kardiff"in formasını geyinib.
Remzi Uels millisində 86 oyun keçirib, 21 qol vurub və 9 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi "əjdahalar"da iki Avropa çempionatında (2016 və 2020), eləcə də 2022-ci il dünya çempionatında oynayıb.