İtaliyalı mütəxəssis Luçano Spaletti A Seriyasında 300-cü qələbəsinə çatıb. Sport24.az xəbər verir ki, "Yuventus"u çalışdıran məşqçinin yubileyi "Cenoa" ilə oyuna təsadüf edib.

 

"Qoca sinyora" rəqibini 2:0 hesabıyla məğlub edib.

 

Spaletti A Seriyasında ən çox qələbə qazanan dördüncü məşqçidir.

 

Birinci sırada Covanni Trapattoni yer alıb – 352 qələbə.