İngiltərənin "Mançester Yunayted" klubunda yeni müqavilə qeydə alınıb. Sport24.az xəbər verir ki, Premyer Liqa nəhəngi Harri Maquayrın sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu 2027-ci ilin yayına qədər Mançester klubuna məxsus olacaq. Lazım gələrsə, müqavilə müddətini bir ildə uzatmaq imkanı olacaq.
Qeyd edək ki, Harri Maquayr 2019-cu ildən Mançester klubunda çıxış edir. Mərkəz yarımmüdafiəçi "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 185 oyunda 17 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.