"Strasburq"un yarımmüdafiəçisi Dieqo Moreyra Dortmund "Borussiya"sının maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Mənbənin sözlərinə görə,"qara-sarılar" yay "transfer pəncərəsi"ndə 21 yaşlı futbolçunun transferini nəzərdən keçirən klublar arasındadır.
Bu arada, hazırkı müqaviləsi 2029-cu ilə qədər olsa da, yarımmüdafiəçi klubunu dəyişməyi planlaşdırır. Müqavilənin təxminən 30-40 milyon avro dəyərində olacağı gözlənilir.
Qeyd edək ki, Moreyra bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.