"Bildiyimiz kimi, Gəncə şəhər stadionu Gənclər və İdman Nazirliyinin balansındadır.
"Arenada işlər görülür. Sadəcə olaraq, maya qədər hazır olacağı barədə biz də məlumat yoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov deyib.
"Sarı-göylər"in rəsmisi stadionun nə vaxt hazır olacağını bilmədiklərini söyləyib:
"Sonuncu dəfə dekarbda cənab nazir Fərid Qayıbov açıqlamasında bildirmişdi ki, may ayında arenada oyun keçirilməlidir. Deyilənə görə, sonuncu turda "Neftçi" ilə qarşılaşma bu stadionda olmalıdır. Bizə konkret söz deyilməyib. Bizdə stadionun hazır olmasını gözləyirik".
Qeyd edək ki, "Kəpəz" 2025/2026 mövsümündə ev oyunlarını müvəqqəti olaraq Yevlax şəhər stadionunda keçirir.