UEFA Konfrans Liqasında bu gün 1/4 final mərhələsinin ilk qarşılaşmaları baş tutacaq. Sport24.az xəbər verir ki, İspaniya təmsilçisi "Rayo Valyekano" Yunanıstan AEK-i ilə üz-üzə gələcək.

 

"Şaxtyor" Niderlandın AZ klubunu qəbul edəcək. "Kristal Pelas" "Fiorentina"nı, "Maynts 05" isə "Strasburq"u sınağa çəkəcək.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

 

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, ilk oyunlar

 

20:45. "Rayo Valyekano" (İspaniya) – AEK (Yunanıstan);

23:00. "Şaxtyor" (Ukrayna) – AZ (Alkmaar, Niderland);

23:00. "Kristal Pelas" (İngiltərə) – "Fiorentina" (İtaliya);

23:00. "Maynts 05" (Almaniya) – "Strasburq" (Fransa)