İngiltərənin "Everton" klubu Cek Qriliş ilə bağlı qərarını verməyə hazırlaşır. Sport24.az xəbər verir ki, "mersisayd" təmsilçisi futbolçunun icarə müddətini uzatmaqda maraqlıdır.
Bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Everton" "Mançester Siti" ilə müqavilədə yer alan 50 milyon funtluq satınalma maddəsini aktivləşdirməyi planlaşdırmır. Buna səbəb oyunçunun yüksək maaşı və zədə səbəbindən mövsümün qalan hissəsini buraxmasıdır.
Qeyd edək ki, Cek Qriliş yayda "Mançester Siti" ilə müqaviləsinin son ilinə daxil olacaq. Bu səbəbdən tərəflər arasında yeni danışıqların aparılması gözlənilir. "Everton" futbolçunu yenidən icarəyə götürmək və ya daha aşağı məbləğlə transfer etmək variantlarını nəzərdən keçirir.