Misli Premyer Liqasınım 26-cı turunda səfərdə "İmişli" ilə heç-heçə üdən "Turan Tovuz" ciddi itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, bölgə təmsilçisinin aparıcı üzvü Alexandro Serrano cəzalı duruma düşüb.
Buna ispan yarımmüdafiəçinin sözügedən qarşılaşmanın 90+7-ci dəqjqəsində sarı vərəqə alması səbəb olub.
Cari mövsüm dördüncü dəfə bu halla üzləşən 31 yaşlı oyunçu 27-ci turda "Sumqayıt"la matçda meydana çıxmayacaq.
Serrano "Turan Tovuz"da cari mövsüm çempionatın bütün qarşılaşmalarında iştirak edib. O, 26 görüşdə (2117 dəqiqə) 6 qola imza atıb.
Qeyd edək ki, "Turan Tovuz" "Sumqayıt"la aprelin 12-də Tovuzda üz-üzə gələcək.