Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsində daha üç oyun keçiriləcək. Sport24.az xəbər verir ki, "Portu" öz meydanında "Nottinqem Forest"lə üz-üzə gələcək.

 

"Bolonya" və "Aston Villa" ilə qarşılaşacaq. Almaniya təmsilçisi "Fraybiurq" isə "doğma divarlar" arasında ispaniya "Selta"sını sınağa çəkəcək.

 

Qeyd edək ki, ötən gün Portuqaliyanın "Braqa" komandası evdə "Betis"lə (İspaniya) heç-heçə edib - 1:1.

 

 

UEFA Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

23:00. "Portu" (Portuqaliya) - "Nottinqem Forest" (İngiltərə)

23:00. "Frayburq" (Almaniya) - "Selta" (İspaniya)

23:00. "Bolonya" (İtaliya) - "Aston Villa" (İngiltərə)