PSJ-nin vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasının dörddəbir finalının "Liverpul"a qarşı ilk oyununda qol vurmaqla klubun tarixinə düşüb. Sport24.az "Squawka"-ya istinadən xəbər verir ki, Kvaratskxeliya Paris klubunun heyətində Çempionlar Liqasının ardıcıl 4 matçında fərqlənən ilk oyunçu olub.

 

O, bundan əvvəl 1/8 finalın iki oyununda "Çelsi"yə üç qol vurub, həmçinin pley-off mərhələsində "Monako"nun qarşına yol tapıb.

 

Qeyd edək ki, PSJ - Liverpul görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.