İngiltərənin "Arsenal" klubu yay "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib. Sport24.az xəbər verir ki, "topçular" "Komo"nun üzvü Yakobo Ramon ilə maraqlanır.

Bu barədə "Caughtoffside" məlumat yayıb.

21 yaşlı müdafiəçi ötən yay "Real"dan "Komo"ya keçib. Onun müqaviləsində Madrid təmsilçisinin geri alma hüququ və növbəti satışdan 50 faiz pay maddəsi yer alır. Bu isə potensial transferin qiymətini artıran əsas amillərdən biri hesab olunur.


Qeyd edək ki, Yakobo Ramon bu mövsüm A seriyasında 26 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.