"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda "Atletiko"ya ə qarşı (0-2) keçirilən matçda hakimlikdən narazı qalıb. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə matçdan sonra açıqlamasında bildirib:
"İlk qoldakı epizodda daha yaxşı müdafiə olunmalı idik. Qırmızı vərəqə aldıq və bundan dərhal sonra "Atletiko" ilk qolu vurdu... VAR bu gün "Atletiko"ya çox diqqət yetirirdi. Orda alman hakim oturmuşdu, ona görə də Almaniyaya təşəkkürlər".
Qeyd edək ki. tərəflər arasında cavab oyunu aprelin 14-də Madriddə keçiriləcək.