Dörddəbir finalın ilk oyunlarından sonra Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

 

Namizədlər arasında PSJ-nin vingeri Xviça Kvaratsxeliya, "Bavariya" və "Arsenal"ın qapıçıları Manuel Noyer və David Raya, eləcə də Madrid "Atletiko"sunun hücumçusu Julian Alvares yer alıb.

 

Qeyd edək ki, Xviça "Liverpul"un (2-0), Alvares isə "Barselona"nın qapısına yol tapıb. Raya "Sportinq"lə (1-0) matçda qapsını toxunulmaz saxlayıb. Noyer isə "Real" ilə görüşdə (2-1) doqquz seyvlə yadda qalıb.