Bu gün I Liqada 21-ci tura yekun vurulur. Sport24.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutacaq.
Heç şübhəsiz ki, nəinki turun, hətta deyərdik ki, mövsümün əsas oyunu Binədə keçiriləcək. Lider "Şəfa" "Səbail"i qonaq edir. Bu matçda qələbə meydan sahiblərindən çox qonaqlara lazımdı. "Şəfa" demək olar ki, bir ayağı ilə Premyer Liqadadır. Qonaqlar isə ən azı pley-offa vəsiqə qazanmaq üçün Binədən 3 xalla ayrılmağa məcburdur.
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında "Baku Sportinq" MOİK-i 3:1, "Cəbrayıl" isə "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edib.
9 aprel (cümə axşamı)
15:00. "Şəfa" – "Səbail"
Binə qəsəbə stadionu
15:30. "Şimal" – "Mingəçevir"
Şamaxı OİK stadionu
15:30. "Difai" – "Şahdağ Qusar"
Buzovna qəsəbə stadionu