İtaliyanın "Yuventus" klubu heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, Turin təmsilçisinin əsas hədəfi Mançester Yunayted"də çıxış edən Manuel Uqartedi.
Bu barədə "Corriere Dello Sport" məlumat yayıb.
"Qoca sinyora" uruqvaylı yarımmüdafiəçini hələ "Sportinq"də çıxış etdiyi vaxtlardan radarına alıb. Hazırda Turin klubu bu transfer üçün ən şanslı namizədlərdən biri hesab olunur.
Qeyd edək ki, Manuel Uqarte uğrunda mübarizə aparan yeganə klub "Yuventus" deyil. Türkiyə nəhəngi "Qalatasaray"la yanaşı, Premyer Liqa təmsilçiləri "Nyukasl" və "Aston Villa" da futbolçunun xidmətində maraqlıdır.