Misli Premyer Liqasının 26-cı turunun sonuncu oyun gününün ikinci qarşılaşması Zirədə baş tutacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir.
Bu görüş hər iki komanda üçün vacibdir. "Neftçi" hesabat həftəsini qalibiyyətlə başa vurduğundan "Zirə" artıq onların nəfəsini kürəyində hiss edir. Avrokuboklara vəsiqə qazanmağa çalışan "qartallar" bir qədər rahat nəfəs almaq üçün "şirlər"lə matçdan 3 xalla ayrılmalıdır. Qonaqlar isə qələbə qazanacağı halda turnir cədvəlində "Sumqayıt"ı keçərək 7-ci yerə yüksələ bilər.
Qeyd edək ki, matçın start fiti saat 17:15-də səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
17:15. "Zirə" - "Şamaxı" 0:0 (Birinci hissə)
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə. İdman Kompleksinin stadionu.
"Zirə": 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 4. Ruan Renato (k) 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 32. Qismət Alıyev 21. Hacıağa Hacılı 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 22. Eren Aydın
Məşqçi: Vüqar Məmməd
"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 88. Rodriqo Fernandeş 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 3. Vladislav Veremeyev 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov