Bu gün keçiriləcək 3 oyunla Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq. Sport24.az xəbər verir ki. qarşılaşmalardan biri bölgədə, ikisi isə paytaxtda keçiriləcək.
Günün ilk matçı Qubada baş tutacaq. "İmişli" "Turan Tovuz"u qəbul edir. Hazırda aktivində 48 xal olan Tovuz təmsilçisi avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Bu üzdən Kurban Berdıyevin komandası Quba səfərindən də 3 xalla qayıtmağa çalışacaq. "Boz qurdlar" qələbə qazanacağı təqdirdə hədəfə bir qədər də yaxınlaşmış olacaq. Nominal meydan sahibləri isə 22 xalla 9-cu pillədədir. "Pələnglər"i təhlükəli zonadan cəmi 3 xal ayırır.
Qeyd edək ki, bu oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
15:00. "İmişli" - "Turan Tovuz" 1:0 (Birinci hissə)
Qol: D.Kardozu, 45.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Quba. Olimpia İdman Kompleksinin stadionu.
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 6. Yau Mozes
Baş məşqçi: Jorj Kaşkilya
"Turan Tovuz": 1. Oleq Baklov 88. Faiq Hacıyev (k) 6. Fərid Yusifli 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 9. Coş Cinnelli 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 99. İbrahima Vadji 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev