Bu gün "Sabah" basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, B qrupunda yer alan təmsilçimiz ilk oyunda Bosniya və Herseqovinanın "İqokea" kollektivi ilə qarşılaşacaq. 

 

Qarşılaşma Laktasi şəhərində, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

 

"Bayquşlar" qrupdakı növbəti oyununu sabah Almaniya təmsilçisi "Porşe BBA Lyudviqsburq"a qarşı keçirəcək.

 

Qeyd edək ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.