"Bavariya"nın ulduz futbolçusu Yozua Kimmix UEFA Çempionlar Liqasındakı həlledici qarşılaşma öncəsi açıqlamaları ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, alman yarımmüdafiəçi "Real"ın taktiki gedişlərindən və əvvəlki oyunda Vinisius Junior ilə yaşadığı qalmaqallı epizoddan danışıb.
Təcrübəli futbolçu bu məsələyə belə münasibət bildirib:
"Hər kəsin vaxtı idarə etmək üçün öz strategiyası var. "Real" bu sahədə xüsusilə təcrübəlidir. Amma mənim fikrimcə, həmin epizod həddindən artıq şişirdildi".
Qeyd edək ki, həmin qarşılaşmada braziliyalı hücumçu vaxtı uzatmaq məqsədilə topu gec oyuna daxil etmiş, bu isə Kimmixin kəskin etirazına səbəb olmuşdu.