"Kəpəz" klubuna yeni sponsor gəlir və bu, Gəncə təmsilçisi üçün həm maliyyə, həm də idarəçilik baxımından mühüm dönüş nöqtəsi ola bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, adının açıqlanmasını istəməyən yerli, tanınmış şirkətlərdən biri cari mövsümün sonunda "sarı-göylər"in sponsorluğunu üzərinə götürmək niyyətindədir. Şirkət artıq öz planlarını, hədəflərini və məqsədlərini müəyyənləşdirib və yöndə danışıqların son mərhələsi gedir.

Maraqlı məqam isə odur ki, yeni sponsor klubda yeganə söz sahibi olmaq niyyətindədir. Belə olduğu halda, hazırkı rəhbərliklə yollar ayrılacaq. Həmin şirkət Azərbaycan futbolunun tanınmış siması Tərlan Əhmədovu rəhbər vəzifələrdən birinə gətirməyi planlaşdırır.

Ənənəvi olaraq klubun azarkeşləri və Gəncə futbolunun veteranları hazırkı İdarə Heyətinin sədri Adil Vəliyev və üzvü Fərman Əlizadənin fəaliyyətindən narazıdırlar. Yeni sponsorun gəlişi və potensial idarəçilik dəyişiklikləri isə "Kəpəz"in gələcək mövsümlərdə həm maliyyə, həm də idman uğurları baxımından yeni səhifə aça biləcəyini göstərir.