Ötən gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə daha iki qarşılaşma keçirilib.
PSJ "doğma divarlar" arasında "Liverpul"u qəbul edib. Matç Paris klubunun qələbəsi ilə başa çatıb. Digər görüşdə isə "Barselona" evdə "Atletiko"ya məğlub olub.
Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl "Bavariya" Madriddə "Real"a 2:1, "Arsenal" isə Lissabonda "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
PSJ (Fransa) - "Liverpul" (İngiltərə) 2:0
Qollar: D.Due, 11. Kvaratsxeliya, 65.
"Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) 0:2
Qollar: X.Alvares, 45. Şörlot, 70.
Qırmızı vərəqə: Pau Kubarsi, 44 ("Barselona")