UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə İspaniya klubu "Betis" Portuqaliyada "Braqa"nın qonağı olub.
"Estadio Municipal de Braga"da baş tutan oyunda 1:1 hesablı "sülh" qeydə alınıb.
Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Florian Qrilliç fərqlənib. Qonaq komandanın cavab qolunu isə 62-ci dəqiqədə Xuan Kamilo Ernandes 11 metrlik cərimə zərbəsindən vurub.
Raundun digər qarşılaşmaları 9 apreldə keçiriləcək.