Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib. Sport24.a xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində iki qarşılaşma baş tutub.
"Gəncə" "Turan"la üz-üzə gəlib. Qarşılaşma Tovuz təmsilçisinin 3:0 (25:22, 25:12, 25:13) hesablı qələbəsi ilə bitib.
"Milli Aviasiya Akademiyası" "DH Volley" komandalarının oyununda isə ikincilər 3:0 (25:22, 25:19, 25:19) hesabı ilə qalib gəlib.
Cütlər arasında ikinci görüşlər aprelin 11-i və 13-də baş tutacaq.