Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin kapitanı Vüqar Bayramov açıqlama verib. Sport24.az xəbər verir ki, o, yığmanın Avropa Liqasındakı çıxışından danışıb:

 

"İlk iki oyun bizim üçün kifayət qədər çətin keçdi. Təəssüf ki, istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bunun əsas səbəblərindən biri rəqiblərimizin həm boy, həm də fiziki olaraq üstün olmaları idi.

 

Bununla belə, qarşıda bizi daha dörd vacib oyun gözləyir. Hazırda səhvlərimizi və çatışmazlıqlarımızı diqqətlə təhlil edir, növbəti görüşlərə daha yaxşı hazırlaşmaq üçün intensiv çalışırıq. İnanıram ki, qarşıdakı oyunlarda daha inamlı çıxış edəcək, daha keyfiyyətli voleybol nümayiş etdirəcək və komandamızın əsl potensialını ortaya qoya biləcəyik".

 

Milli Avropa Liqasında keçirdiyi ilk iki matçda Yunanıstan və İsveçə 0:3 hesabı ilə məğlub olub.