"Kəpəz"də baş məşqçi məsələsi ilə bağlı yekun qərar hələ verilməyib. Bu barədə Sport24.az-a açıqlamasında klubun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov məlumat verib.
Klub rəsmisi Gəncə təmsilçisinin yeni baş məşqçi axtarışlarını davam etdirdiyini və namizədlər arasında həm yerli, həm də xarici mütəxəssislərin yer aldığını bildirib:
"Baş məşqçi seçimi ilə bağlı proses hələ tam dəqiqləşməyib. Konkret ad çəkə bilmərəm, lakin namizədlər arasında həm yerli, həm də xarici mütəxəssislər var. Düşünürəm ki, bu həftə ərzində məsələyə tam aydınlıq gətiriləcək".
Beləliklə, "Kəpəz"in yeni baş məşqçisinin kim olacağı ilə bağlı suala yaxın günlərdə cavab tapılması gözlənilir.
Qeyd edək ki, Gəncə təmsilçisi ötən ayın sonunda baş məşqçi Azər Bağırovla yollarını ayırıb.