Azərbaycanın qadın voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız Estoniya ilə qarşılaşır.

 

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq görüşün start fiti saat 18:00-da səslənəcək.

 

Qeyd edək ki, Faiq Qarayevin yetirmələri ilk görüşdə İsveçə 0:3 hesabı ilə məğlub olub.