Fransanın PSJ klubunun futbolçuları Vitinya və Joao Nevesin gələcəyi ilə bağlı yayılan transfer iddialarına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, tanınmış futbol agenti Jorje Mendes hər iki portuqaliyalı futbolçunun Madrid "Real"ına keçəcəyi barədə yayılan xəbərləri təkzib edib.

Mendes bildirib ki, nə Vitinya, nə də Joao Neves hazırda transfer üçün nəzərdən keçirilən oyunçular sırasındadır:

"Vitinya və Joao heç vaxt heç kim üçün seçim olmayıb. Onlar PSJ üçün əvəzolunmaz futbolçulardır və Paris klubunda çox xoşbəxtdirlər. Hər ikisi burada yeni titullar qazanmağa davam edəcək."

Qeyd edək ki, son günlər İspaniya mətbuatında Madrid "Real"ının hər iki portuqaliyalı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlı olduğu barədə məlumatlar yayılmışdı. Mendesin açıqlaması isə bu iddiaların həqiqəti əks etdirmədiyini göstərir.