"Real" İngiltərənin "Arsenal" klubunun futnolçusu Rikkardo Kalafiori ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid rəhbirliyi ilk növbədə "Arsenal"ın bu yay italiyalı müdafiəçinin satılmasına "yaşıl işıq" yandırıb-yandırmayacağını müəyyənləşdirmək istəyir. Hələlik klublar arasında rəsmi danışıqların başladığı barədə məlumat verilməsə də, rəsmi təklifin an məsələsi olduğu bildirilir.
Qeyd edək ki, 24 yaşlı futbolçu arxada qalan mövsümdə Premyer Liqada 26 oyunda meydana çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.