"Real" və "Mançester Yunayted" "Vest Hem"in yarımmüdafiəçisi Mateus Fernandes uğrunda mübarizə aparır. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "çəkicdöyənlər" oyunçu üçün 90 milyon avro istəyir. Daha əvvəl "Arsenal" və "Liverpul"un da maraqlandığı bildirilirdi.
Fernandes 2025-ci ilin avqustunda "Sauthempton"dan "Vest Hem"ə keçib və beş illik müqavilə imzalayıb.
Qeyd edək ki, portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm "Vest Hem"in heyətində 38 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.