Azərbaycanın U21 yığması Türkiyədə iki yoldaşlıq oyunu keçirib. Milli Bəhreynə qalib gəlib (3:0), Qırğızıstana isə uduzub (1:3). Sport24.az xəbər verir ki, yığmanın baş məşqçisi Rəşad Eyubov sosial şəbəkə hesabında oyunlarla bağlı paylaşım edib:

 

"Bəhreyn və Qırğızıstana qarşı keçirdiyimiz iki yoxlama oyunu bizim üçün faydalı oldu. Yeni ideyaları və oyunçu kombinasiyalarını sınadıq. Yeddi yeni futbolçu öz şansını aldı və inanıram ki, gələcəkdə komandamızdakı rəqabəti daha da artıracaqlar.

 

Sentyabr ayında bizi üç həlledici oyun gözləyir. Bu təlim-məşq toplanışı bizə çox məlumat verdi. İndi əsas məqsədimiz bu məlumatları düzgün analiz edib növbəti oyunlara daha yaxşı hazırlaşmaqdır.

 

Hər zaman pozitiv qalıram və həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram".