"Qəbələ" ilə Adriel Ba Loua arasında bağlanmış müqavilə başa çatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Adriel "qırmızı-qaralar"ı tərk edib.

 

2025-ci ilin yayından komandada çıxış edən kot divuarlı yarımmüdaiəçi bu müddətdə 35 oyunda 4 qol vurub. O, Premyer Liqada 30 (4 qol), pley-offda 1, ölkə kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.