Yeni mövsümdə Premyer Liqada çıxış edəcək "Şəfa" daha üç futbolçu ilə vidalaşıb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

 

Müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzadenin başa çatan müqavilələri yenilənməyib. 

 

Qeyd edək ki, "Şəfa" mövsümlərarası fasilədə Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah") cə Arsen Ağcabəyovu ("Şamaxı") rənglərinə bağlayıb.