"Mançester Siti" ilə müqaviləsi başa çatan Bernardu Silva karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçu "Real"la razılıq əldə edib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Adı "Barselona" ilə də hallanan 31 yaşlı hücumameyilli yarımmüdafiəçi Madrid klubu ilə 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Bernardu Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edirdi. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə "şəhərlilər"in heyətində meydana çıxdığı 53 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.