"ABŞ – Paraqvay matçında ev sahibi ABŞ-ın, Kanada – Bosniya və Herseqovina oyununda isə turnirin digər ev sahibi Kanadanın favorit olduğunu düşünürəm". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri B qrupunda keçiriləcək Kanada - Bosniya Herseqovani və D qrupunda baş tutacaq ABŞ - Paraqvay qarşılaşmalarından gözləntilərini bölüşüb:
"Məncə, ev sahibi Kanada matçın aşkar favoritidir. Kanadanın heyətində Alfonso Deyvis və Conatan Devid kimi sürətli oyunçular var. Bosniya isə 40 yaşlı veteran hücumçusu Edin Cekonun təcrübəsinə güvəcək. Fikrimcə, Kanadanın minimal hesablı qələbəsi də ola bilər. Maurisio Poçettinonun rəhbərlik etdiyi ABŞ millisi doğma meydan amilinə görə üstün olacaq. Ümumiyyətlə D qrupunda Türkiyə və Avstraliya da yer aldığı üçün mübarizə olduqca gərgin keçəcək. Amma ABŞ-ın qrup mərhələsini adlamaq şansını daha yüksək qiymətləndirirəm. Əsas oyunçuları Kristian Pulişiçin üzərinə yük düşəcək. Paraqvay millisində də təcrübəli oyunçular var. Unutmayaq ki, ilk dəfə dünya çempionatında 48 komanda çıxış edir. Sürpriz nəticələr də istisna olunmur".
Qeyd edək ki ,Kanada – Bosniya və Herseqovina matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. ABŞ - Paraqvay oyunun start fiti isə iyunun 13-ü saat 05:00-da səslənəcək.