Fransanın "Oser" klubunun baş məşqçisi açıqlanıb. Sport24.az xəbər verir ki, komandanın "sükanı" Vill Stillə tapşırılıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Still son olaraq İngiltərədə "Sauthempton"a rəhbərlik edib. O, daha əvvəl Fransada "Lans" və "Reyms"də işləyib.

"Oser" Fransa Liqa 1-də mübarizə aparır.