Niderlandlı mütəxəssis Covanni Van Bronxorst "Liverpul"dan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla müddəti başa çatan müqavilə uzadılmayıb.
Bronxorts 2025-ci ilin yayından "Liverpul"da işləyirdi. O, komandanın sabiq baş məşqçisi Arne Slotun məşqçilər korpusunda yer alırdı.
"Liverpul" ötən ay Slotla da vidalaşıb.