Əfsanəvi fransız hücumçusu Tyerri Anri DÇ-2026-da xüsusi izləyəcəyi oyunçunun adını çəkib. Sport24.az xəbər verir ki, yaxın keşmişin ulduz futbolçusu bu barədə "FOX Soccer"ə açıqlama verib.

 

Həmin oyunçu isə "Bavariya"nın vingeri Maykl Olisedir: "Maykl Olise, yaxından izləyəcəm. Onun bu mövsüm "Bavariya" nələr etdiyiniz hamımız yaxşı bilirik: Komanda ilə qızıl dubl etdi, mövsümün oyunçusu seçildi, məhsuldar ötürmələr və qolllarla yadda qaldı. 

O, hər bir məşqçinin arzusudur. Onu məşq etdirmək xoşbəxtlyinə nail olmuşam. O, sadəcə futbol oynamır - oyunu oxuyur. Onu fərqləndirən də budur".