FIFA və Adidas şirkəti 2026-cı il dünya çempionatında təqdim olunacaq fərdi mükafatları təqdim edib. Sport24.az xəbər verir ki, alman şirkəti üç mükafatı - "Qızıl top", "Qızıl buts" və "Qızıl əlcək" - yeni dizaynda hazırlayıb.
"Qızıl top" 2026-cı il dünya çempionatının əsas topu olan "Trionda" üslubunda dizayn edilib. Turnirin ən yaxşı oyunçusuna verilir.
"Qızıl buts" "Adidas Predator" üslubunda hazırlanıb və ən çox qol vuran oyunçuya verilir.
"Qızıl əlcək" isə turnirin ən yaxşı qapıçısına veriləcək.