"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Arsenal" türkiyəli vingeri transfer etmək istəyir.

 

Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Bildirilir ki, London klubu Barış üçün 50 milyon avro təklif etməyə hazırlaşır.

 

Barış başa çatan mövsümdə Super Liqada 30 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə edib.

 

26 yaşlı futbolçu Türkiyə millisinin də üzvüdür.