ABŞ-ın daxili işlər naziri Markveyn Mallin Somalidən olan futbol hakimi Ömər Artanın giriş qadağasını qüvvədə saxlayıb. Sport24.az Türkiyənin AA xəbər agentliyinə istinadən xəbər verir ki, Mallin bu addımı belə əsaslandırıb:

 

"Biz keçmişi qaranlıq olan və ya cinayətkar dairələrlə əlaqəsi olan hər hansı bir şəxsin bu ölkəyə daxil olmasına icazə verməyəcəyik. Bu şəxsin niyə ölkəyə girişinə icazə verilməməsi barədə ətraflı danışmayacağam, amma bunun bir səbəbi var. İndi solçu media bu adamın Somaliyə qarşı olduğumuz üçün qurban olduğunu bildirir. Xeyr, bu doğru deyil".

 

Qeyd edək ki, Artan iyunun 8-də  Mayami Beynəlxalq Hava Limanına gəlsə də onun ABŞ-a girişinə icazə verilməyib. Hakim dünya çempionatının oyunlarını idarə etməli idi.