"Şəfa" yay transfer pəncərəsində növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, müdafiəçi Murad Musayevlə müqavilə imzalanıb.   Anlaşmanın müddəti 1 illikdir.   Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasının böyük hissəsini "Qəbələ"də keçirib. O, eyni zamanda "Zirə", "Şüvəlan" və "Səbail"in heyətində də çıxış edib.