Cənubi afrikalı futbolçu Eyden Makkartinin "Sabah"a transferi klubun sosial şəbəkələrdəki populyarlığına da təsir göstərib. Sport24.az xəbər verir ki, 22 yaşlı müdafiəçinin keçidi rəsmən açıqlanmazdan əvvəl Masazır təmsilçisinin "Facebook" səhifəsində təxminən 50 min izləyici olub.

Lakin iyunun 9-dan sonra bu göstəricidə kəskin artım qeydə alınıb və izləyicilərin sayı 100 mini ötüb.

Məlumata görə, Makkartinin daha əvvəl formasını geyindiyi Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubunun çoxsaylı azarkeşləri "Sabah"ın sosial media hesablarını izləməyə başlayıblar. Hətta müxtəlif fanat qrupları bu addımı məhz futbolçuya dəstək məqsədilə atdıqlarını açıqlayıblar.

Qeyd edək ki, "Sabah" Eyden Makkarti ilə 3+1 illik müqavilə imzalayıb.