"Şəfa"dan ayrılan Emin Zamanov karyerasını yenidən Azərbaycan Premyer Liqasında davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçi "Şamaxı"ya qayıtmağa yaxındır.

Mənbənin bildirdiyinə əsasən, futbolçu hazırda bölgə təmsilçisi ilə danışıqlar aparır. Tərəflər arasında müzakirələr davam edir və yaxın günlərdə məsələyə aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, Emin Zamanov 2023-2025-ci illərdə "Şamaxı"nın formasını geyinib. Yarımmüdafiəçi karyerası ərzində "Neftçi", "Səbail" və "Kəpəz" klublarında da çıxış edib.